Bank Of Baku

Rusiya neftinin ilk partiyasını daşıyan tanker Pakistana çatıb

Rusiya neftinin ilk partiyasını daşıyan tanker Pakistana çatıb
# 11 iyun 2023 22:47 (UTC +04:00)

Pakistanın Kəraçi limanı Rusiya xam neftinin ilk partiyasını daşıyan tankeri qəbul edib. Onun boşaldılmasına iyunun 12-də başlanacaq.

APA-nın məlumatına görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində yazıb.

Şərifin sözlərinə görə, Pakistan “rifah, iqtisadi artım və enerji təhlükəsizliyi” istiqamətində irəliləyir. Şərif ilk Rusiya neftinin gəlişini əlamətdar gün, iki ölkə arasında yeni münasibətlərin başlanğıcı adlandırıb.

Pakistana qara qızılın pilot partiyasının qiyməti və daşınması ilə bağlı ilkin razılaşmalar 2023-cü ilin mart ayının sonunda əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR