Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların keçirələcəyi Çırağan Sarayına gəlib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüşün yerli vaxtla 13:00-da başlaması gözlənilir.
Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir.
Danışıqların birinci raundu mayın 16-da baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birlərinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər.