Bank Of Baku

SEPAH İran enerji infrastrukturuna edilən hücumlarla bağlı qarşı tərəfə sərt xəbərdarlıq edib

SEPAH İran enerji infrastrukturuna edilən hücumlarla bağlı qarşı tərəfə sərt xəbərdarlıq edib
# 20 mart 2026 13:26 (UTC +04:00)

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü ölkənin enerji infrastrukturuna edilən hücumlarla bağlı qarşı tərəfə sərt xəbərdarlıq edib.

Tasnim-in yaydığı məlumata görə, sözçü bildirib ki, İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük səhv ediblər və bu addıma cavab hələ tamamlanmayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İranın əvvəlcə münaqişəni enerji obyektlərinə qədər genişləndirmək niyyəti olmayıb və dost qonşu ölkələrin iqtisadiyyatına zərər vermək istəməyib. Lakin düşmənin enerji infrastrukturlarına hücumundan sonra vəziyyət faktiki olaraq yeni müharibə mərhələsinə daxil olub. Bu səbəbdən İranın öz infrastrukturunu qorumaq zərurəti SEPAH-ı ABŞ və Amerika tərəfdaşları ilə əlaqəli enerji obyektlərini hədəf almağa məcbur edib.

Bildirilib ki, ABŞ və İsrail rejimi fevralın 28-də İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin, eləcə də bir neçə yüksək rütbəli hərbi komandanın və mülki şəxsin qətlə yetirilməsindən sonra İrana qarşı genişmiqyaslı hərbi kampaniyaya başlayıb.

Hücumlar nəticəsində İranın müxtəlif bölgələrində həm hərbi, həm də mülki obyektlər geniş hava zərbələrinə məruz qalıb, çoxsaylı itkilər qeydə alınıb və infrastruktur ciddi zərər görüb.

Buna cavab olaraq İran Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə və regiondakı hərbi bazalarda ABŞ və İsrail mövqelərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə cavab əməliyyatları həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR