Bank Of Baku

SEPAH körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib

SEPAH körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib
# 06 iyul 2023 23:34 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Tim Havkins bildirib.

“Gəminin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu ehtimalı var”,- sözçü qeyd edib.

O ABŞ HDQ-nin vəziyyəti izlədiyini və əlavə cavab verməmək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, ABŞ HDQ dünən bəyanat yayaraq İranın Körfəzdə iki neft tankerini ələ keçirməyə cəhd etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR