Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Suriyaya gedib.
APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-in mətbuat xidməti məlumat yayıb. Dəməşq beynəlxalq hava limanında naziri Suriyanın prezident işləri üzrə naziri Mənsur Əzzam qarşılayıb.
Faysal bin Fərhanın Suriya Prezidenti Bəşər Əsədlə də görüş keçirib.
Qeyd edək ki, bu, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Səudiyyə Ərəbistanı XİN başçısının ölkəyə ilk səfəridir.
***
13:02
Səudiyyə Ərəbistanının xarici işlər naziri bu gün Suriyaya səfər edir.
APA xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyi məlumat yayıb.
"Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Suriyaya rəsmi səfər etmək üçün bu gün Dəməşqə gəlir”, - Nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, bu, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Səudiyyə Ərəbistanı XİN başçısının ölkəyə ilk səfəridir. Bir həftə əvvəl Suriyanın xarici işlər naziri Faysal Mekdad Səudiyyə Ərəbistanına səfər etmişdi.