Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudun İrana səfəri başlayıb.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bu, Səudiyyə Ərəbistanı XİN rəhbərinin İranla münasibətlərin normallaşmasından sonra Tehrana ilk səfəridir.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin açılması gözlənilir.