Bank Of Baku

Si Cinpin: ABŞ-la müəyyən spesifik məsələlərdə irəliləyiş əldə edilib

Si Cinpin: ABŞ-la müəyyən spesifik məsələlərdə irəliləyiş əldə edilib
# 19 iyun 2023 14:19 (UTC +04:00)

"Dövlətlərarası əlaqələr hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır".

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə deyib.

O bildirib ki, ABŞ dövlət katibi Çinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, tərəflər arasında səmimi və dərin müzakirələr olub.

"Tərəflər bizim Prezident Co Baydenlə Balidə razılığa gəldiyimiz istiqamətdə ortaq yanaşmanı davam etdirmək barədə razılaşıblar. Tərəflər müəyyən spesifik məsələlərdə irəliləyiş əldə ediblər. Dövlətlərarası əlaqələr hər zaman hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır. Ümid edirəm ki, bu səfərinizlə Çin-ABŞ münasibətlərinin sabitləşməsinə daha müsbət töhfələr verəcəksiniz", Si Cinpin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR