Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində ABŞ-ın veteran diplomatı, keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.
APA CCTV-yə istinadən xəbər verir ki, tərəflər arasında görüş Diaoyutai mehmanxanasında baş tutub.
Danışıqlarla bağlı əlavə təfərrüatlar açıqlanmayıb. 100 yaşlı Kissincer son bir neçə gündə Pekində səfərdədir, o, Çinin ali diplomatı Vanq Yi və Çinin müdafiə naziri Li Şanqfu ilə də görüşüb.
Xatırladaq ki, Henri Kissincer ABŞ dövlət katibi və prezidentlər Riçard Nikson və Cerald Fordun administrasiyalarında milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. 1970-ci illərdə Vaşinqton və Pekin arasında əlaqələrin normallaşdırılmasında əsas diplomatik rol oynayıb.
Vaşinqton Kissincerin Çinə səfərindən xəbərdar olduğunu bildirib, lakin onun ABŞ hökumətini təmsil etmədiyini qeyd edib.