Bank Of Baku

Şimali Koreya daha bir ballistik raket buraxıb - YENİLƏNİB

Şimali Koreya daha bir ballistik raket buraxıb - YENİLƏNİB
# 19 iyul 2023 04:11 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu barədə Kyodo agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb.

APA KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın müdafiə naziri Yasukadzu Hamadanın sözlərinə görə, KXDR tərəfindən buraxılan hər iki raket, ehtimal ki, Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Reuters agentliyi Yaponiyanın Müdafiə Nazirliyinə istinadla məlumat verib ki, birinci ballistik 550 kilometr, ikincisi 600 kilometr uçub. Onların uçuşunun hündürlüyü maksimum 50 kilometr olub.

***

Saat 00:45

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

APA xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Digər təfərrüatlar hələlik verilməyib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ötən həftə qitələrarası ballistik raket buraxılışı həyata keçirib. Bildirilib ki, bu, bərk yanacaq mühərrikli “Hvason-18” raketi olub. Şimali Koreya raketin 1001 kilometr məsafə qət etdiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR