Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın iki ballistik raket buraxdığını bildirib.
APA xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.
Qeyd olunur ki, KXDR raketləri Yapon dənizi istiqamətində atıb.
Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişidanın ofisi "Twitter" hesabında Şimali Koreyanın, ballistik raket buraxdığını ehtimal edib.