Bank Of Baku

Şimali Koreya Pxenyanda hərbi parad keçirə bilər

Şimali Koreya Pxenyanda hərbi parad keçirə bilər
# 26 iyul 2023 08:49 (UTC +04:00)

KXDR iyulun 27-nə keçən gecə Pxenyanda Vətən Azadlıq Müharibəsində (1950-1953-cü illər Koreya müharibəsi) Qələbə Gününə təsadüf edən hərbi parad keçirə bilər.

APA-nın məlumatına görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, peyk görüntülərində KXDR paytaxtının mərkəzində paradın keçirilməsinə hazırlıq əlamətləri görünür. Qeyd olunur ki, parad gecə yarısı başlaya bilər. Agentlik paradda ballistik raketlərin və taktiki nüvə silahlarının nümayiş oluna biləcəyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR