Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin sistematik şəkildə talanmasına son qoymağa çağırıb.
APA-nın xəbərinə görə, bu barədə nazirliyin açıqlamasında bildirilib.
“Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir”, - məlumatda bildirilir.
Sənəddə vurğulanır ki, “Suriya xalqına məxsus təbii sərvətlərin talanması beynəlxalq humanitar hüquqa ziddir, vətəndaşların yoxsullaşmasına səbəb olur”.