Suriyanın şimalında, PKK/PYD terror təşkilatının nəzarətindəki Tel Rifat bölgəsindən Azezə yaxın ərazidə Türkiyə Silahlı Qüvvələrinin hərbi bazası minaatanlardan atəşə tutulub.
APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 hərbçi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bundan başqa, “Barış bulağı” hərbi əməliyyatları nəticəsində Türkiyə ordusunun 1 hərbçisi şəhid olub.