Bank Of Baku

Tailandda torpaq sürüşməsində 8 nəfər ölüb

Tailandda torpaq sürüşməsində 8 nəfər ölüb
# 23 avqust 2024 13:33 (UTC +04:00)

Tailandın Pxuket əyalətində güclü yağıntıların səbəb olduğu torpaq sürüşməsi aralarında iki Rusiya vətəndaşı da olmaqla, 8 nəfərin həyatına son qoyub.

APA-nın yerli “Khaosod” qəzetinin saytına istinadən xəbərinə görə, təbii fəlakətdən daha çox Patak, Kitti Sangkharam, Karon qəsəbələri zərər görüb.

Hadisə nəticəsində itkin düşənlərin də olduğu bildirilsə də, hazırda onların sayı dəqiqləşdirilir. Təbii fəlakətdən indiyədək 250 fərdi yaşayış evi yararsız hala düşüb.

Hökumət baş verənlərin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR