Radikal Taliban hərəkatı elan edib ki, hakimiyyət orqanlarında çalışanlardan qisas almayacaqlar.
APA bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Taliban hərəkatı məmurların təhlükəsizlikdə olacağını bildirib: “Heç kimə ölkədən qaçmağı düşünməməlidir”.
***
12:34
Radikal Taliban hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.
APA bildirir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid Twitter səhifəsində bildirib.
Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.
Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, Taliban rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.
Hazırda telekanal qeyd edir ki, Taliban hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.
***
11:55
Radikal Taliban hərəkatı Kabil Universitetini nəzarətə alıb.
APA bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Taliban artıq Kabildə bayrağını ucaldıb.