"Taliban" hökumət rəsmilərinə ümumi əfv elan etdiyini bildirərək, onları işə qayıtmağa çağırıb.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban" bəyanat yayıb.
""Hamı üçün ümumi bir əfv elan edildi ... buna görə gündəlik həyatınıza tam əminliklə başlamalısınız", - deyə bəyanatda vurğulanıb.