Bank Of Baku

Taliban rəsmisi Antalya Diplomatiya Forumunda iştirak edəcək

Moləvi Əmirxan Müttəqi

© APA | Moləvi Əmirxan Müttəqi

# 09 mart 2022 13:40 (UTC +04:00)

Əfqanıstanda hakimiyyətdə olan Talibanın xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Antalya Diplomatiya Forumunda iştirak edəcək.
APA-nın "Ariana News"a istinadən xəbərinə görə, bu barədə Taliban XİN-in sözçüsü Abdul Qahar Bəlxi məlumat yayıb.
O bildirib ki, artıq xarici işlər naziri Türkiyəyə yola düşüb.
Taliban XİN-in sözçüsü deyib ki, Moləvi Əmirxan Müttəqi Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək və Əfqanıstanla bağlı panel müzakirələrində çıxış edəcək.

Səfər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR