Taliban administrasiyası keçmiş sözçüsü Bilal Kərimini Çinə səfir təyin edib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra hər hansı bir ölkəyə ilk dəfə rəsmi formada nümayəndə təyin etmiş olub.
XİN-in bəyanatında Bilal Kəriminin yeni təyinatı ilə əlaqədar noyabrın sonunda Çinə getdiyi qeyd olunub.
“O, Əfqanıstan İslam Respublikasının Çin Xalq Respublikasına rəsmi şəkildə akkreditasiyadan keçmiş səfiridir”, - XİN-in mətbuat katibi Əbdul Qahar Bəlxi “Reuters”ə bildirib.
Bilal Kərimi artıq etimadnaməsini təqdim edib.