Təbrizdə "Bəsic" üzvü öldürülüb.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, "Bəsic" üzvü Əmir Hüseynpur patrul xidməti zamanı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Baş və göz nahiyəsindən ağır yaralanan Hüseynpur həkimlərin səyinə baxmayaraq, ölüb.