Paşha Bank
Bank Of Baku

Tehranda avtobus aşıb: 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb

Tehranda avtobus aşıb: 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb
# 26 sentyabr 2026 11:11 (UTC +04:00)

Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Saveh Tibb Elmləri Universitetindən bildirilib ki, Tehrana hərəkət edən sərnişin avtobusu Tehran şəhərinin cənub-qərbində yerləşən Saveh şəhəri yaxınlığında aşıb.

Hadisə nəticəsində indiyədək 11 nəfərin həyatını itirdiyi, 24 nəfərin isə xəsarət aldığı bildirilib.

Məlumata görə, avtobusun aşmasının səbəbi araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat ekspertiza və texniki araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR