Tel-Əvivdə məhkəmə islahatlarına qarşı növbəti irimiqyaslı etiraz aksiyası keçirilir.
APA-nın xəbərinə görə bu barədə Gazeta.ru məlumat yayıb.
Məlumata görə, şəhərin mərkəzi küçələri bağlanıb, aksiyaların keçirildiyi yerdə polis növbətçiliyi həyata keçirir.
Qeyd edək ki, martın 27-də Netanyahu məhkəmə islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu parlamentin yayda keçiriləcək iclasına qədər təxirə salacağını bildirib.