Paşha Bank
Bank Of Baku

Tokayev: Xəzərdə təlimlər zamanı hərbçilər xilasedici jiletlərlə təmin edilməmişdi

Tokayev: Xəzərdə təlimlər zamanı hərbçilər xilasedici jiletlərlə təmin edilməmişdi
# 28 sentyabr 2026 00:22 (UTC +04:00)

Qazaxıstan Silahlı Qüvvələrinin Xəzər dənizində keçirilən təlimlərdə iştirak edən hərbçiləri zəruri avadanlıqlarla, o cümlədən xilasedici jiletlərlə təmin edilməmişdi.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

Tokayev təlimlər zamanı hərbçilərin lazımi avadanlıqlarla təmin edilmədiyini vurğulayıb.

“O cümlədən dənizdə istifadə üçün nəzərdə tutulan xilasedici jiletlərlə”, – Tokayev qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı 14 hərbçi həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR