Paşha Bank
Bank Of Baku

“Gürcü Arzusu”: Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq

İrakli Kirtsxaliya

© APA | İrakli Kirtsxaliya

# 27 sentyabr 2026 12:48 (UTC +04:00)

Əmin olun ki, Kürmük məbədi ilə bağlı bəyanat və monastırın özü ətrafındakı bütün spekulyasiyalara son qoyulacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.

O, Azərbaycanın Gürcüstanın ən yaxın tarixi və strateji tərəfdaşı, eyni zamanda çox böyük dostu olduğunu qeyd edib.

“Məbədlə bağlı məsələ yoluna qoyulacaq və hadisələr hər iki xalqın maraqlarına uyğun şəkildə inkişaf edəcək”, - deyə İrakli Kirtsxaliya əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR