Türkiyə Ukraynada müharibə zonalarında olan daha 404 vətəndaşını təxliyə edir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, onlar artıq yola çıxıb.
Çavuşoğlu qeyd edib ki, bununla da Türkiyə tərəfindən Ukrayna ərazsinindən təxliyə olunan vətəndaşların sayı 8454 nəfərə çatıb.