Türkiyə prezident seçkilərinin ikinci turu çərçivəsində yayım qadağası yerli vaxtla 18:15-də aradan qaldırılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu saatdan sonra mətbuat orqanları seçkilərin nəticələrinə dair məlumatları yayımlaya biləcək.