Bank Of Baku

Türkiyə Prezidenti Fələstin dövlətini tanımağa, İsrailə silah satışını dayandırmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 24 oktyabr 2024 13:43 (UTC +04:00)

"Daha ədalətli bir dünya mümkündür".

APA-nın Kazana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir: “BRICS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.

Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR