Türkiyə ilə Rusiya arasında Sinopda ikinci atom elektrik stansiyasının inşasına dair danışıqların ilkin mərhələsi bu il tamamlanacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib.
O, 2-3 il ərzində Sinop AES-nin təməlinin qoyulacağını hesab edir.
Bundan əlavə, nazir hazırda tikintisi davam edən və 27 apreldə rəsmi olaraq AES statusu alacaq "Akkuyu"nun 9 bal gücündə zəlzələyə qarşı dayanıqlı inşa edildiyini də vurğulayıb.