Bank Of Baku

Türkiyə SQ İnkişafı Vəqfi: “Tayfun Blok 4”ün istehsalı ölkənin müdafiə qabiliyyətini gücləndirəcək

Türkiyə SQ İnkişafı Vəqfi: “Tayfun Blok 4”ün istehsalı ölkənin müdafiə qabiliyyətini gücləndirəcək
# 29 iyul 2025 16:14 (UTC +04:00)

Türkiyənin “Roketsan” korporasiyası yeni nəsil “Tayfun Blok 4” ballistik raketini təqdim edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin İnkişafı Vəqfinin rəsmi internet səhifəsində açıqlama verilib.

Bildirilib ki, texnologiyanın ən son yeniliklərinə əsaslanan “Tayfun Blok 4”ün istehsalı ölkənin müdafiə qabiliyyətini gücləndirmək xarakteri daşıyır.

Təqdimat ilk dəfə İstanbulda keçirilən “IDEF-2025” müdafiə sənayesi sərgisində reallaşıb, bu gün isə sözügedən raketin istehsalının uğurla başa çatdırıldığı barədə xəbər ictimailəşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR