Bank Of Baku

Türkiyə və Rusiya XİN başçıları Ukrayna, “Azov komandirləri” və taxıl dəhlizini müzakirə edib - YENİLƏNİB

Türkiyə və Rusiya XİN başçıları Ukrayna, “Azov komandirləri” və taxıl dəhlizini müzakirə edib - YENİLƏNİB
# 09 iyul 2023 19:14 (UTC +04:00)

İyulun 9-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd edilib ki, telefon danışığı zamanı tərəflər Ukrayna ətrafında baş verən son hadisələr, o cümlədən “Azov komandirləri”nin İstanbuldan Kiyevə qayıtması ilə bağlı vəziyyət başda olmaqla regional gündəliyə dair fikir mübadiləsi aparıblar:
”Ankaranın diqqəti Kiyev rejiminə hərbi texnikanın çatdırılmasını davam etdirmək kursunun yalnız mənfi nəticələrə gətirib çıxara biləcəyi bildirilib. XİN başçıları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında münasibətlərin etimada əsaslanan xarakterini qoruyub saxlamaq və gücləndirmək zərurətini bir daha təsdiqləyiblər. Qərb dövlətlərinin BMT baş katibinin məlum “paket təşəbbüsü”nün həyata keçirilməsi üçün zəruri addımları ata bilməməsi şəraitində qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər üzrə gələcək əməkdaşlığın perspektivlərinə də toxunulub. Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının müəyyən aspektləri, o cümlədən qarşıdan gələn təmasların qrafiki müzakirə edilib".

***

saat 18.06

Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Seygey Lavrov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Telefon danışığında nazirlər Ukraynadakı vəziyyəti və Qara dənizdə taxıl dəhlizi ilə bağlı məsələni müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR