Səudiyyə Ərəbistanı və Türkiyə energetika sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
APA xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krallığa səfəri zamanı baş tutub.
Memorandumu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl Səud və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.
Güman edilir ki, tərəflər müasir texnologiyaların, xüsusən də akkumulyator batareyalarının istifadəsi və tətbiqi üzərində birgə işləməli, rəqəmsal transformasiyanı, innovasiyaları, süni intellektin tətbiqini və enerji sektorunda kibertəhlükəsizliyin təmin edilməsini təşviq etməlidirlər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan Türkiyənin cənub-şərqində yeni neft yataqlarının tapıldığını söyləyib.
Onun sözlərinə görə, aşkar edilmiş yataqların məhsuldarlığı gündə 100 min barelə yaxındır.