Türkiyədə həyata keçirilən “Narkogüc” əməliyyatında 1 ton 719 kiloqram narkotik maddə ələ keçirilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, 8 şəhərdə həyata keçirilən əməliyyatlarda narkotik maddə satmaqda şübhəli bilinən 36 nəfər saxlanılıb.