Türkiyədə ağır yol-qəzası olub.
APA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Hadisə Sivas-Kayseri yolunun Taşlıdərə ərazisində baş verib.
Bildirilib ki, avtomobillərdə olan 9 nəfər yaralanıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.