Türkiyədə bu gün 282 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 282 nəfər COVID-19-dan həyatını itirib
# 10 may 2021 22:03 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 282 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 231 min 863 nəfər test edilib, onlardan 13 min 604-nün koronavirus testi pozitiv nəticə verib, 26 min 953 nəfər sağalıb, 2 min 983 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 311 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 44 min 936 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 743 min 871 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR