Türkiyədə bu gün COVID-19-dan 183 nəfər həyatını itirib

Türkiyədə bu gün COVID-19-dan 183 nəfər həyatını itirib
# 27 may 2021 23:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 183 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 465 nəfər test edilib, onların 8 min 426-nın koronavirus testi pozitiv nəticə verib, 13 min 102 nəfər sağalıb, min 504 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 970 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 220 min 549 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 70 min 815 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR