Bank Of Baku

Türkiyədə bu gün COVID-19-dan 233 nəfər dünyasını dəyişib

Türkiyədə bu gün COVID-19-dan 233 nəfər dünyasını dəyişib
# 19 may 2021 21:49 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 233 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 683 nəfər test edilib, onların 11 min 553-nün koronavirus testi pozitiv nəticə verib, 9 min 271 nəfər sağalıb, 2 min 162 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. 
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 45 min 419 nəfər ölüb.    
Türkiyədə indiyədək 5 miyon 151 min 038 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 980 min 516 nəfəri müalicə  olunaraq evə buraxılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR