Bank Of Baku

Türkiyədə sel qurbanlarının sayı 77 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə sel qurbanlarının sayı 77 nəfərə çatıb - YENİLƏNİB
# 16 avqust 2021 22:18 (UTC +04:00)

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 77 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Sel fəlakəti nəticəsində Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfər həyatını itirib. 

AFAD bundan əvvəl 74 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

***

21:06

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 74 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

“Sel 74 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 62, Sinopda 11, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl 71 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi. 

Avqustun 11-də Qaradənizin qərbində yağıntının miqdarının normadan artıq düşməsi (bəzi ərazilərdə bir kvadratmetrə 360 kiloqram) nəticəsində Kastamonunun Bozkurt, Azdavay, İnebolu, Küre, Pınarbaşı, Bartının Ulus, Sinopun Ayancık rayonlarında sel suları sunami efekti yaradıb, həmin ərazilər ciddi şəkildə dağıntıya məruz qalıb, 
Sel fələakətindən çətin vəziyyətdə qalan 2 381 nəfər helikopterlər vasitəsilə təxliyə olunub. 
AFAD-dan bildirlib ki, hazırda Kastamonu və Sinopun 47 nəfər itkin sakini axtarışdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR