Türkiyədə Ankaranın Kahramankazan rayonunda baş verən terror aktı səbəbilə Respublika Günü çərçivəsində keçiriləcək bütün tədbirlərin ləğv edildiyi bildirilir.
APA xəbər verir ki, bu haqda məlumat Ankara Şəhər Bələdiyyəsinin açıqlamasında əksini tapıb.
Qeyd edək ki, oktyabrın 23-də Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) terror hücumu həyata keçirilib.
Son məlumata görə, hücum zamanı 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Həlak olanlardan 4-nün TUSAŞ-ın əməkdaşı, 1-nin taksi sürücüsü olduğu açıqlanıb.
Hüquq-mühafizə orqanları 2 terrorçunu məhv edib, onların girov götürüyü şəxslər azad edilib.
Ankara terror aktının arxasında PKK-nın durduğunu açıqlayıb.