Bank Of Baku

Türkiyəli aparıcı Reha Muhtar vəfat edib

Reha Muhtar

© APA | Reha Muhtar

# 03 iyun 2026 10:31 (UTC +04:00)

Türkiyəli aparıcı Reha Muhtar vəfat edib.

Türkiyə mediasının xəbərinə görə, Reha Muhtar 66 yaşında Bodrumda müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, tanınmış jurnalist ötən həftə ürək probleminə görə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, jurnalist fəaliyyətinə 1983-cü ildə “Milliyet” qəzetində müxbir kimi başlayan Reha Muhtar 90-cı illərdə xüsusilə “Show” TV-də xəbərlər proqramı ilə geniş auditoriyanın diqqətini cəlb edib.

O, karyerası ərzində Kanal D, Star TV, ATV, FOX TV, CNN Türk və “Kanaltürk”də çalışıb, eyni zamanda, müxtəlif qəzetlərdə köşə yazıları yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR