Bank Of Baku

Türkiyənin bir neçə ərazilərində meşə yanğınları olub, sakinlər təxliyə edilib

Türkiyənin bir neçə ərazilərində meşə yanğınları olub, sakinlər təxliyə edilib
# 25 iyul 2023 06:48 (UTC +04:00)

Türkiyənin Manisa və Kahramanmaraş vilayətlərində meşə yanğını baş verib.

APA yerli mediaya istinadən xəbər verir ki, hər iki yanğına havadan və qurudan müdaxilə edilir.

Həmçinin Antalyada da meşə yanğını olub.

Kaş rayonundakı qamışlıq ərazidən, Kəmər rayonunda isə meşəlik ərazidən alovlar yüksəlib.

Kəmərə gedən yol ehtiyat tədbiri olaraq nəqliyyat üçün bağlanıb.

Digər tərəfdən Manisada yanğında alov təhlükəsi olan bir məhəllə və bəzi kəndlər boşaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR