Bank Of Baku

Türkiyənin müdafiə naziri: “Kandil dağındakı terrorçuların sonu yaxınlaşır”

Türkiyənin müdafiə naziri: “Kandil dağındakı terrorçuların sonu yaxınlaşır”
# 20 may 2021 16:57 (UTC +04:00)

“Biz ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Təqribən 40 ildən bəri nəcib millətimizi bu bəladan qurtarmaq üçün “ölərsək şəhid, sağ qalsaq qazi” anlayışı ilə mübarizəmizi davam etdiririk. Terrorçular haradadırsa, biz orada olacağıq və bu terror bəlasından nəcib millətimizi qurtaracağıq. Artıq Kandilin çırağının söndüyünü, sonlarının gəldiyini hamımız görürük”, - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR