Bank Of Baku

Vanq Yi Çin-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasının səbəbini açıqlayıb

Vanq Yi Çin-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasının səbəbini açıqlayıb
# 19 iyun 2023 10:50 (UTC +04:00)

Çin və ABŞ arasında münasibətlərin aşağı səviyyədə olmasının səbəbi ABŞ-ın Çinlə bağlı yanlış təsəvvürə sahib olmasıdır.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi Pekində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşdə deyib.

Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətlərinin mənfi istiqamətdə gedən tendensiya dəyişdirilməli, münasibətlərin sağlam və sabit yola qayıtması təşviq edilməlidir.

"Çin və ABŞ-ın yeni dövrdə birgə yaşaması üçün düzgün yolu birlikdə tapmalıyıq", - deyə Vanq əlavə edib.

Vanq həmçinin bildirib ki, Çin Tayvana güzəştə getməyə hazır deyil və Tayvan Çinin əsas maraqlarından biridir: "Çin adanı əyalət hesab edir və digər ölkələrdən onu müstəqil kimi tanımamağı tələb edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR