Bank Of Baku

Vyetnamda polis idarəsinə hücuma görə 16 nəfər saxlanılıb

Vyetnamda polis idarəsinə hücuma görə 16 nəfər saxlanılıb
# 11 iyun 2023 22:09 (UTC +04:00)

Vyetnamın hüquq-mühafizə orqanları bazar günü Dak Lak əyalətində polis idarəsinin qərargahına silahlı hücumun 16 iştirakçısını həbs edib.

APA-nın xəbərinə görə, bu barədə İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi general-leytenant To An So bildirib.

General qeyd edib ki, dövlət orqanları dəstənin digər üzvlərini axtarır. Polis həmçinin iki girovu azad edə bilib, daha bir girov isə özü xilas ola bilib.

İyunun 11-də səhər saatlarında İctimai Təhlükəsizlik Nazirliyi Daklak şəhərində naməlum qrupun polis idarəsinə hücumu barədə məlumat alıb. Hücumda 4 polis və bir neçə mülki şəxs həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR