Bank Of Baku

ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib
# 08 fevral 2017 03:16 (UTC +04:00)

ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması,  ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlarla əlaqədar  pisləşməsi səbəbindən “ən yüksək hazırlıq vəziyyətinə” gətirilib.  APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.  

 

Qeyd edək ki, İran yanvarın 29-da öz istehsalı olan  ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.    

 

Həmçinin, xatırladaq ABŞ-ın yeni prezidenti D.Tramp İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair  əldə olunmuş sazişə qarşı çıxış edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR