APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez oktyabrın 28-də Nyu-Yorkda AİPAC-ın toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəlcə İran nüvə fəaliyyətlərini dayandırmalı və daha sonra sanksiyalar ləğv edilməlidir: “Ancaq indi İrana qarşı sanksiyaların azaldılmasının zamanı deyil”.
R.Menendez deyib ki, yeni sanksiyaların tətbiqi nəticəsində Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Yaponiyanın İrandan xam neft və digər neft məhsullarının idxalını azaltması xahiş olunacaq.
Qeyd edək ki, qapalı qapılar arxasında hazırlanan sənəd əsasən İranın neft sektorunu əhatə edəcək. Belə ki, qanun layihəsində İranın gündəlik neft ixracının bir il ərzində 500 min barelə düşürülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Çünki ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkənin neft ixracı 2,5 milyon bareldən 1 milyon barelə düşüb. Bu da rəsmi Tehrana milyardlarla dollar zərər vurub.