Bank Of Baku

Adli Mansur: “Bəzi qüvvələr Misiri qeyri-stabilliyə və xaosa sürükləmək istəyirlər”

Adli Mansur: “Bəzi qüvvələr Misiri qeyri-stabilliyə və xaosa sürükləmək istəyirlər”
# 19 iyul 2013 10:34 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Misirdə mövcud olan bəzi qüvvələr ölkəni qeyri-stabilliyinə və xaosa sürükləmək istəyirlər”. APA-nın beynəlxalq xəbər agentliklərə istinadən verdiyi məlumata görə, bunu Misir prezidentinin səlahiyyətlərini icra edən Adli Mansur deyib. O, xalqa müraciətində ölkəni böhran vəziyyətindən çıxarmağa və xalqın təhlükəsizliyini təmin etməyə söz verib. 

 

Ölkə başçısı vəzifəsindən uzaqlaşdırılan Misirin ilk demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları isə paytaxt Qahirədə aksiya keçirmək niyyətindədirlər. Polis və ordu Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşmaların yaranmasından ehtiyatlanır. Ordu nümayəndələri xəbərdarlıq ediblər ki, aksiya iştirakçıları hər hansı qanunsuz hərəkət etsələr, öz həyatlarını təhlükə altına salmış olacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR