Bank Of Baku

AEBA-nın Tehranda ofisi açılacaq

AEBA-nın Tehranda ofisi açılacaq
# 05 fevral 2014 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ hökumətinin və Konqresin İranla bağlı ortaq bir hədəfi var. Bu hədəf İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdan ibarətdir. Biz bu günədək heç bir ölkəyə qoyulmayan sanksiyaları İrana qarşı tətbiq etdik”.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ dövlət katibinin müavini Vendi Şerman səsləndirib.

 

Onun sözlərinə görə, ötən il noyabrın 24-də Cenevrə şəhərində İranla “altılıq” ölkələri arasında nüvə sahəsində imzalanmış razılaşma ilk mühüm addımdır: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın bu günə qədər öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Bu qurumun Tehranda bir şöbəsi olacaq. Bununla da “Nətənz” və “Fordo” nüvə obyektlərinə gündəlik baxış keçirmək imkanı asanlaşacaq. Ərak ağır su nüvə obyektində də aylıq yoxlamalar aparılacaq. Ümumiyyətlə, İranın nüvə proqramının yoxlanması bənzərsiz bir şəkildə olacaq”.

 

V.Şerman həmçinin deyib ki, İranın yeraltı nüvə obyekti olan “Fordo”ya və Ərak ağır su nüvə obyektinə ehtiyacı yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR