Bank Of Baku

Bağdadın mərkəzində partlayışlar baş verib: 16 nəfər ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB

Bağdadın mərkəzində partlayışlar baş verib: 16 nəfər ölüb, 35 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2014 09:28 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, partlayışlardan biri İraq Xarici İşlər Nazirliyinin binası önündə baş verib. Bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Yaxınlıqdakı restoranda isə terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Bomba qoyulmuş daha bir avtomobil Hilani meydanı yanında partlayıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

 

 

***

11:39

 

Bakı – APA. İraq paytaxtının mərkəzində güclü partlayış baş verib.

 

APA-nın “Əs-Sumariya” telekanalına istinadən verdiyi məlumata görə, bomba qoyulmuş avtomobilin partlaması nəticəsində 8 nəfər yaralanıb.

 

Yararlılar xəstəxanaya çatdırılıb. Ölənlər haqqında hələlik məlumat verilmir.

 

Terror aktının xarici ölkələrə məxsus obyektlərin və dövlət qurumlarına məxsus binaların yerləşdiyi ərazidə baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR