Bakı-APA. BMT Suriyada girov götürülmüş 23 əməkdaşından 2-nin azad olunmasına nail ola bilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki bu keçirdiyi brifinqdə bildirib.
BMT-nin rəsmi nümayəndəsi təşkilatın əməkdaşlarının kimlər tərəfindən girov götürüldüyünü açıqlamayıb.
“Onların əksəriyyəti Suriya vətəndaşlarıdır”, deyə Martin Nesirki bildirərək qeyd edib ki, BMT girov götürülən əməkdaşlarının hamısının azad olunması istiqamətində səylər göstərir.