Əfqanıstanın şimalında Beynəlxalq Qırmızı Xaç Komitəsinin altı əməkdaşı öldürülüb.
APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, onların İŞİD qruplaşması üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir.
BQXK nümayəndəsi Tomas Qlasın sözlərinə görə, qurumun daha iki əməkdaşı Covzan əyalətində itkin düşüb.