Bank Of Baku

Əfqanıstanda prezidentliyə namizədin seçki qərargahının 2 əməkdaşı öldürülüb

Əfqanıstanda prezidentliyə namizədin seçki qərargahının 2 əməkdaşı öldürülüb
# 01 fevral 2014 22:36 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda prezidentliyə namizəd Abdulla Abdullanın seçki qərargahının rəhbəri və onun köməkçisi silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.  APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident Gerat əyalətində baş verib. Hücum edənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

İlkin məlumata görə, naməlum şəxslər seçki qərargahının nümayəndələrinin olduğu avtomobili atəşə tutublar. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR